Goranboyda şəhid atasını qarət edən şəxs saxlanıldı


Goranboyda şəhid atasını qarət edən və digər silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, aparılan araşdırmalar nəticəsində Samux rayon sakini, əvvəllər məhkum olmuş, Nadir Hüseynovun yaxın qohumu Röyal Həsənovla birlikdə noyabrın 16-da Goranboy rayonuna gələrək 2 avtomobildən ümumi dəyəri 1881 manat olan musiqi avadanlıqlarını oğurladığı müəyyən edilib. 
Nadir Hüseynovun ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun daha 2 anoloji cinayət hadisəsini törətməsi də məlum olub. Saxlanılan şəxs oktyabr ayında Goranboy rayonuna gələrək, Vətən Müharibəsi şəhidinin atasına məxsus avtomobilə qeyri qanuni yolla daxil olub və 360 manat dəyərində maqnitafonla səsgücləndiricini oğurlayıb. Bundan başqa Nadir Hüseynov növbəti dəfə noyabr ayında vətəndaşa məxsus avtomobildən 450 manat dəyərində maqnitafon və səsgücləndiricini oğurlayıb.
Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı Goranboy RPŞ-də araşdırmalar davam etdirilir.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top