Azərbaycanda nə qədər ehtiyat “Pfizer-Biontech” vaksini var?


Azərbaycanda ehtiyatda olan “Pfizer-Biontech” vaksininin sayı açıqlanıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, hazırda 162 450 doza “Pfizer- Biontech” vaksini anbarda ehtiyatda var. Əlavə olaraq tibb müəssisələrində hazırda istifadə edilən vaksin dozaları mövcuddur.
Qeyd edək ki, ÜST Avropa Dərman Agentliyi, ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq COVID-19 əleyhinə vaksinasiyada “Pfizer/Biontech” preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı məktub göndərib. Məktuba əsasən, “Pfizer/Biontech” preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. Bununla əlaqədar olaraq hazırda ölkədə istifadə olunan “Pfizer-Biontech” vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədək uzadılıb.

DİGƏR XƏBƏRLƏR

Top