Ermənistanda hərbçinin güllələnmiş meyiti aşkarlanıb


Ermənistanın Tavuş regionunda başından güllələnmiş əsgər meyiti aşkar olunub.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün saat 14:50 radələrində sərhədin şimal-şərq istiqamətindəki döyüş mövqelərindən birində müddətli həqiqi hərbi xidmət keçən 2001-ci il təvəllüdlü əsgər Suren Avetisyanın meyiti aşkarlanıb.
Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top