Bu gün Bakıda İlham Əliyevlə görüşən Overçuk Ermənistana getdi


Rusiya baş nazirinin müavini Aleksey Overçuk İrəvana gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Bildirilir ki, onu hava limanında Ermənistan baş nazirin müavini Mher Qriqoryan qarşılayıb. Onlar birlikdə baş nazir Nikol Paşinyanla hazırda baş tutan görüşə gediblər.
Görüşdə Qarabağ üzrə üçtərəfli işçi qrupunun fəaliyyətinin, xüsusilə Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının blokunun açılması ilə bağlı məsələlərin müzakirə olunacağı bildirilir.
Axşam saatlarında Overçukun Ermənistan paytaxtını tərk edəcəyi də qeyd olunur.
Xatırladaq ki, bu gün Overçuk Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşüb.

DİGƏR XƏBƏRLƏR

Top