Nazir kapitana yüksək vəzifə verdi - ƏMR


Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Nazirin əmrinə əsasən, polis kapitanı Murad Qurbanov Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinə rəis təyin edilib.
O, bu təyinata qədər Qazax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində eyni vəzifədə çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top