Mingəçevirdə şəhid ailələri Mingəçevir şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyətinin nümayəndələri tərəfindən ziyarət edilib.
Yeniavaz.com xəbər verir ki, ziyarət zamanı şəhid ailələrinə İcra Hakimiyyəti adından ərzaq sovqatları təqdim olunub. Bununla yanaşı, şəhid atası Elxan Ağakişiyevə şəhid İlkin Ağakişiyevin Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən layiq görüldüyü medal da təqdim edilib.
Daha sonra ziyarətçilər şəhid valideynləri tərəfindən övladlarının adlarını əbədiləşdirmək üçün inşa olunan xatirə bulağına, divar lövhəsinə baxış keçiriblər və şəhid Təbriz Cüməzadənin ev muzeyi ilə yaxından tanış olublar.
Ziyarət zamanı icra başçısı həmçinin şəhid ailələrinə başsağlığı verib və
qarşılaşdıqları problemlərlə maraqlanıb.
Sonda şəhid ailələrinin üzvləri göstərilən diqqətdən məmnun olduqlarını dilə gətirməklə yanaşı, buna görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə də təşəkkür ediblər.
Esmira Hidayətova, Mingəçevir