Yunanıstanda “Şuşa-Azərbaycan” yazılı avtobusların fəaliyyəti dayandırıldı - Ermənilərin müraciətinə görə


Yunanıstanın Saloniki şəhərində ictimai nəqliyyatda avtobusların üzərinə “Şuşa - Azərbaycan” yazısı vurulub.
Yeniavaz.com
xəbər verir ki, Yunanıstandakı erməni icmasının nümayəndələri vəziyyətə müdaxilə ediblər.
Onlar Saloniki şəhər hakimiyyətindən bu avtobusların hərəkətini qadağan etməyi tələb ediblər.
Məsələyə Ermənistanın Yunanıstandakı səfirliyi də müdaxilə edib.
Ermənistanın Yunanıstandakı səfiri Tiqran Mkrtçyan “RUSARMİNFO”nun sorğusuna cavab olaraq yazılar olan avtobusların hərəkətdən çıxarıldığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top