Bahar Muradova atalığı tərəfindən təcavüzə məruz qalan azyaşlıdan danışdı


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İmişlidə atalığı tərəfindən təcavüzə məruz qalan 11 yaşlı qızın son durumunu açıqlayıb.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, Dövlət Komitəsinin sədri Bahar Muradova həmin qızın davamlı şəkildə həm fiziki, həm də mənəvi travmalara məruz qaldığını deyib.
O qeyd edib ki, həmin travmalar onun psixoloji durumunda ciddi izlər buraxıb: "Hazırda Dövlət Komitəsinin və aidiyyəti qurumların dəstəyi ilə onun müalicəsi davam edir. Qız və ailəsi fərdi terapiyadan qrup terapiyasına keçiblər. Vəziyyətlərində müəyyən qədər yaxşılaşma hiss olunur. Onların yenə də psixoloji yardıma ehtiyacı var".
"Vəziyyət nəzərə alınaraq həftədə 3 dəfə müəssisə daxilində təhsilə cəlb olunub. Terapiya başa çatdıqdan sonraki durum bizə hansı addımların atılmalı olduğunu göstərəcək. Bundan sonra istəsə öz ailəsinə və ya oxuduğu məktəbə qayıda bilər. Məqsədəuyğun olmasa digər məktəbdə təhsili davam etdirəcək. Ailənin bugünə qədər olduğu mühitdən tamam ayrı mühitdə yaşamasına çalışacağıq", - B.Muradova əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top