“Azərbaycan Dəmir Yolları” QSC ötən ili 516,2 milyon manat zərərlə başa vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Dəmir Yolları”nın açıqladığı maliyyə hesabatında yer alıb.
Məlumat üçün bildirək ki, “Azərbaycan Dəmir Yolları”nın zərəri əvvəlki illə müqayisədə 2,3 dəfə çox olub. Belə ki, 2019-cu ildə QSC –nin zərəri 228,4 milyon manat olub.
“Azərbaycan Dəmir Yolları”nın cəmi öhdəlikləri isə 2 milyard 995,6 milyon manat təşkil edib. Bu öhdəliklərin 2 milyard 724,3 milyon manatını alınan borclar təşkil edib.
Bundan başqa QSC-nin əmək haqqına görə 11,8 milyon manat borcu var və son bir ildə təxminən 2 milyon manat artıb.