Planetin ən yaşlı sakini ölüb


Filippində planetin ən yaşlı sakini Fransiska Susano 124 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kabankalan şəhər administrasiyası öz "Facebook" səhifəsində məlumat yayıb.
Məlumata görə, uzunömürlü qadın noyabrın 22-də axşam saatlarında dünyasını dəyişib.
Susanonun ölüm səbəbi açıqlanmayıb. Yerli səhiyyə şöbəsinə qadında virus xəstəliklərinin əlamətlərinin olmadığı bildirilib.
Kabankalan şəhər rəsmiləri qeyd ediblər ki, Susanonun Yer kürəsinin ən yaşlı insanı statusu rəsmi olaraq “Ginnesin Rekordlar Kitabı”nın mütəxəssisləri tərəfindən təsdiqlənib. Onun 11 sentyabr 1897-ci ildə anadan olduğu bildirilir.
 

DİGƏR XƏBƏRLƏR

Top