AMEA-dakı korrupsiyaya görə kim məsuliyyət daşıyır? - Ramiz Mehdiyev həmin şəxsin adını AÇIQLADI


"Yoxlamalar nəticəsində meydana çıxan acınacaqlı mənzərəyə AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayev ciddi məsuliyyət daşıyır".

Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akedemik Ramiz Mehdiyev qurumun Elmi İnnovasiyalar və Alternativ Enerji Texnologiyaları üzrə Elmi Şurasının ilk iclasında çıxışı zamanı deyib.

Akademiyanın elmi-tədqiqat müəssisələrində son vaxtlar aparılan yoxlamalar zamanı aşkarlanan ciddi qanun pozuntularını, korrupsiya faktlarını və idarəetmədə hökm sürən hərc-mərcliyi kəskin tənqid edən akademik Ramiz Mehdiyev qarşıya çıxan problemlərin tezliklə həllinin vacibliyini vurğulayıb. Alimlərin sırf elmi işlərlə məşğul olmaları üçün müəyyən şəraitin yaradıldığını və bu məqsədlə bir sıra zəruri addımların atılacağını diqqətə çatdırıb. AMEA prezidenti onu da əlavə edib ki, yoxlamalar nəticəsində meydana çıxan acınacaqlı mənzərəyə görə AMEA-nın İşlər idarəsinin sabiq müdiri Fətəli Abdullayev ciddi məsuliyyət daşıyır.
 

DİGƏR XƏBƏRLƏR

Top