Bir milyard qrivna dəyərində (təxminən 63 milyon manat) heroin kərpicin içərisində İrandan Kiyevə gətirilib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Narkotik Cinayətkarlığı ilə Mübarizə Departamenti xəbər yayıb.
Verilən məlumata görə, heroinin İrandan qaçaqmalçılıq yolu ilə Ermənistan və Gürcüstan ərazisindən keçməklə Ukraynaya keçirilməsi və Avropa İttifaqı ölkələrinə çatdırılması ilə məşğul olan transmilli cinayətkar dəstə ifşa edilib. İstintaq tədbirləri zamanı Kiyev şəhərindəki anbarın ərazisindən içərisində heroin olan ümumi çəkisi 368 kiloqram olan 1 159 ədəd kərpic aşkar edilərək götürülüb.
Qeyd edək ki, hüquq-mühafizə orqanları cinayətkar qrupun təşkilatçısını və narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsini təşkil edən şəxsləri müəyyən ediblər.