Vilayət Eyvazov polis rəisini yeni vəzifəyə təyin etdi - FOTO


Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Yeniavaz.com oxu.az-a istinadən bildirir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin əmrinə əsasən, polis mayoru Məmmədov İkram Əlibaba oğlu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Təşkilati İnspeksiya Bölməsinin baş inspektoru vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, o, bu təyinata qədər Masallı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi bölməsinin (DYP) rəisi vəzifəsinə çalışıb.

 

DİGƏR XƏBƏRLƏR

Top