Paşinyan əsirlərin sayını açıqladı: "Başa düşürəm ki, belə danışmaq yersizdir"


“Noyabrın 16-da baş vermiş döyüşlər nəticəsində Ermənistan tərəfi 32 nəfəri əsir verib. Bu məlumatlar dəqiqləşdirilir”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da canlı yayımda media və ictimai təşkilatların suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, müəyyənləşdirilməmiş məlumatlara əsasən, daha çox sayda hərbçi əsir götürülüb. Onlardan bəziləri ilkin olaraq ölü hesab edilir:
“Başa düşürəm ki, belə danışmaq yersizdir. Amma 6 ölü, 24+8 əsir var. Bununla belə, məlumatları dəqiqləşdirmək lazımdır. Üstəlik, əsirlər arasında yaralılar da var”.
Xatırladaq ki, noyabrın 16-da Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında dövlət sərhəddi boyunca qarşıdurmalar yaşanıb.
 

DİGƏR XƏBƏRLƏR

Top