“ABŞ Hərbi Dəniz Qüvvələrinin Tayvan boğazında müntəzəm əməliyyatları güc nümayişidir”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu sözləri Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Zhao Lijian deyib. O bildirib ki, ABŞ-ın etdikləri regional sülh və sabitliyə xələl gətirən hərəkətlərdir:
“Çin milli suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə müdafiə edəcək. Birləşmiş Ştatlar öz səhvlərini düzəltməli, odla oynamağı dayandırmalı və regional sülh və sabitliyin qorunmasına töhfə verəcək addımlar atmalıdır”.