“İndi əkinçilərin böyük əksəriyyəti Bakıda talkuçkada araba sürür” – Millət vəkili


“Bu gün “Əkinçi” qəzetindən danışıldı. Amma elə əkinçinin özündən də danışmaq lazımdı. O vaxt Həsən bəy Zərdabi “Əkinçi”ni 300 tirajla buraxırdı və 150-i geri qayıdırdı. Ona görə pul olmadığından Əkinçini bağlamalı oldu. İndi də əkinçinin ali təhsillisi də təhsilsizi də, yəni böyük əksəriyyəti Bakıda talkuçkada araba sürməklə məşğuldu. Biraz fərasətliləri isə Rusiyaya gedir. Amma Azərbaycan kəndlərini boşaldırlar”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat, Böyük Quruluş partiyasının başqanı Fazil Mustafa deyib. Onun sözlərinə görə, kəndlərin boşaldılmasına səbəb 21-ci əsrdə məşğulluğun strukturunda aqrar sektorun payının bu kənd rayonlarında 50 faizdən yuxarı olmasıdır.

 

DİGƏR XƏBƏRLƏR

Top