“Bəzi rayonlar birləşdirilməli, bəzi universitetlər və nazirliklər isə Bakıdan köçürülməlidi” - Fazil Mustafa


“Rayonların boşaldılmasının əsas səbəbi sənayeləşmə və şəhərləşmə tempi çox aşağı olmasıdır. Buna görə də, sənayenin rentabelli sahələrinə özəl investisiyanın yatırılması üçün kənd rayonlarında bütün maneələr ortadan qaldırılmalıdır”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat, Böyük Quruluş partiyasının başqanı Fazil Mustafa deyib.

“Mən təklif edirəm ki, iqtisadi rayonların modelində 25-30 arası inzibati ərazi idarəçilik vahidi yenidən qurmalıyıq. Yəni rayonları ya quberniya ya da elə rayon adı ilə birləşdirməliyik.  İdarəetməni sadələşdirməliyik ki, bu qayıdışı təmin etmək mümkün olsun. Bir sıra nazirliklər Gəncə, Ağdam, Füzuli kimi şəhərlərə köçürülməlidi. Bu, Bakını həm də tıxacdan xilas edəcək. Bəzi universitetləri də köçürmək lazımdı. Bakının sənaye emal potensialını bölgələrə daşımaqla ancaq biz irəlidə böyük sıxıntıların qarşısını ala biləcəyik. Təsəvvür edin ki, bölgələrdə dövlət tərəfindən tikilən və yaxud da özəl adlanan hansısa məmurun tikdiyi müəssisələrin böyük əksəriyyəti özünü doğrultmadı”.
 

DİGƏR XƏBƏRLƏR

Top