Prezident Fərhad Xəlilovu təltif etdi


Prezident İlham Əliyev Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovla bağlı sərəncam imzalayıb.

Yeniavaz.com xəbər verir ki, sərəncama əsasən, Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə Fərhad Qurban oğlu Xəlilov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, F. Xəlilovun noyabrın 26-da 75 yaşı tamam olacaq.

DİGƏR XƏBƏRLƏR

Top