Xocavənddə 21 yaşlı erməni itkin düşüb? - İki fərqli açıqlama


Xocavənd rayonunda rus sülhməramlılarının nəzarət altında olan torpaqlarda məskunlaşan erməni sakin ehtiyatsızlıqdan Azərbaycan ordusunub nəzarətində olan əraziyə daxil olub.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Heşan kəndinin 21 yaşlı sakini yoxa çıxıb.
Axtarış zamanı məlum olub ki, o azıb və Azərbaycan ərazisinə keçib.
Hadisə ilə bağlı Rusiya sülhməramlılarına məlumat verilib, onlar məlumatları yoxlayıb və gəncin təhlükədə olmadığını bildiriblər.
Erməni tərəfi məlumat verir ki, onun geri qaytarılması üçün danışıqlar aparılır.
"Sputnik Azərbaycan" yayılan xəbərlə bağlı Azərbaycan Müdafiə Nazirliyinin mövqeyini öyrənib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Anar Eyvazov bildirib ki, bununla bağlı Müdafiə Nazirliyində hər hansı məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top