Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüş yeri və tarixi AÇIQLANDI


Rəsmi Kreml noyabrın 26-da Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol  Paşinyan arasında üçtərəfli danışıqların keçiriləcəyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, Putinin üçtərəfli görüş çərçivəsində Paşinyan və Əliyevlə ayrı-ayrılıqda ikitərəfli danışıqlar aparacağı bildirilir.
9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımların müzakirə olunacağı qeyd olunur.
Paylaşımda icarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və inkişafına xüsusi diqqət yetiriləcəyi də vurğulanır.
Qeyd edək ki, Azərbaycan və Ermənistan liderlərinin 15 dekabrda Brüsseldə görüş keçirəcəkləri bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top