"Hamı böyük qayıdışı gözləyir, bəs kiçik qayıdış?"


“Azərbaycanda 230 sosial-iqtisadi inkişafa dair milli prioritet müəyyən olunub. Hamıya aydın ola biləcək əsas prioritet işğaldan azad olunmuş ərazilərə böyük qayıdışdır. Əla, biz hamımız böyük qayıdışı gözləyirik. Amma cəmiyyətdə bir sual dolaşır. Biz Gədəbəyə, Lerikə, Naxçıvana, Astaraya, Cəlilabada kiçik qayıdışı necə düşünürük? Kiçik qayıdış olacaqmı?”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri  “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat, Böyük Quruluş partiyasının başqanı Fazil Mustafa deyib.
O həmçinin qeyd edib ki, kiçik qayıdış mütləq bir proqram olaraq düşünülüb yerinə yetirilməlidir:
“Kiçik qayıdış dedikdə, nəyi nəzərdə tuturam? Qarabağın bir rayonuna 20, 30 min adamın qayıtmasından söhbət gedir. Amma bu kiçik qayıdışda Azərbaycanın boşalmış kəndlərinə 10, 20, 30, 40  nəfərin qayıtmasından söhbət gedir”.

DİGƏR XƏBƏRLƏR

Top