Qırğızıstanda referendumun tarixi bilindi

Qırğızıstan parlamenti konstitusiyaya dəyişiklilər edilməsi üzrə referendumun dekabrın 11-nə təyin edlməsi haqqında qanun layihəsini üçüncü, yekun oxunuşda qəbul edib. “Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, təklif edilmiş qanun layihəsinin lehinə ölkə parlamentinin 90 deputatı səs verib. İndi sənəd prezidentin imzası üçün təqdim ediləcək və sonra rəsmi dərc edildikdən sonra qüvvəyə minmiş sayılacaq. Cari dəyişikliklərin təşəbbüskarları ölkənin baş nazirinin səlahiyyətlərini gücləndirməyi və deputat fəaliyyəti ilə baş nazir və ya baş nazirinin müavini vəzifəsinin uyğunlaşdırılmasını təklif edirlər.

DİGƏR XƏBƏRLƏR

Top