Nazarbayev partiya sədrliyindən gedir


Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin hakim “Nur Otan” Partiyasının sədri vəzifəsindən getdiyi açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazarbayevin mətbuat katibi Aidos Ukibay partiyanın siyasi şurasının geniş iclasının yekunlarına əsasən bildirib.
Bildirilir ki, Nazarbayev səlahiyyətlərinin hazırkı dövlət başçısı Qasım-Comərd Tokayevə verilməsi barədə qərar qəbul edib:
“Siyasi şuranın genişləndirilmiş iclasında Nursultan Nazarbayev “Nur Otan” partiyasının sədrinin səlahiyyətlərini ötürmək qərarına gəlib və partiyaya ölkə prezidentinin rəhbərlik etməli olduğunu vurğulayıb. Səlahiyyətlərin ötürülməsi proseduru partiyanın nizamnaməsinə uyğun olaraq həyata keçiriləcək”.
Qeyd edək ki, “Nur Otan” partiyasının nizamnaməsinə görə, partiya sədrinin seçilməsi və vəzifədən azad edilməsi bu siyasi birliyin qurultayının səlahiyyətinə daxildir.

DİGƏR XƏBƏRLƏR

Top