Misirdən qayıdan Rusiya vətəndaşı təyyarədə intihar edib


Misirin Şarm əş-Şeyx şəhərindən Rusiyanın Samara şəhərinə uçan təyyarənin göyərtəsində rusiyalı sərnişin intihar edib.
Yeniavaz.com
Rusiya mətbuatına istinadla xəbər verir ki, intihar edən şəxsin meyiti ekipaj üzvləri tərəfindən tualetdə tapılıb. Baş verən intihar hadisəsi səbəbilə təyyarə Misirin paytaxtı Qahirəyə uçub. Orada Rusiya konsulu ilə məsləhətləşmədən sonra təyyarə Samaraya doğru uçuşu davam etdirib.
Qeyd edək ki, intihar edən şəxsin yaxınları onun psixi problemləri olduğunu bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top