Bill Qeytsin tövsiyə etdiyi 5 kitab


Microsoft-un qurucusu Bill Qeyts vaxtaşırı insanlarla öz kitab tövsiyələrini bölüşür. Bu dəfə də ABŞ-da qarşıdan gələn tətillərdə insanların oxuya biləcəyi 5 kitab tövsiyə edib. 
Yeniavaz.com
xəbər verir ki, o, sözügedən kitablar barədə məlumatları öz tövsiyələrini verdiyi “GatesNotes” adlandırdığı saytda paylaşıb.
Geytsin tövsiyə etdiyi həmin 5 kitab:
Min Beyin: Yeni İntellekt Nəzəriyyəsi - Cef Hokins
Qeytsin sözlərinə görə, Hokins uzun illərdir ki, nevrologiya və suni intellektin öyrənilməsi üzərində işləyir. Bu kitab Hokinsin suni intellektin inkişaf prosesinə yanaşmasını araşdırır.

Kod sındıran: Cennifer Doudna, Gen redaktəsi və insan irqinin gələcəyi - Walter Isaacson.
Voltır İsaksonun bu kitabı Nobel mükafatı laureatı biokimyaçı Cennifer Doudna və onun həmkarları ətrafında cəmlənir. Kitabda gen redaktəsi ilə bağlı komanda arasında etik mübahisələr diqqəti çəkir.

Klara və Günəş - Kazuo İşiquro
Sözügedən kitab İşiquro Ədəbiyyat üzrə Nobel Mükafatını aldıqdan sonra yazılmışdır. Kitabda xəstə yeniyetmə qızın robotla dostluğundan bəhs edilir.

Hamnet - Maggie O'Farrell
Dünya şöhrətli ingilis dramaturqu Uilyam Şekspirin həyatından bəhs edən bu kitab müəllifin daxili aləmini əks etdirir. Hamnet Şekspirin erkən yaşlarda ölmüş oğludur. Bu itkidən bir neçə il sonra isə Şekspir Hamnet kitabını yazıb.

Heyl Meri layihəsi - Endi Veyr
Endi Veyr dünyada ən çox satılan elmi-fantastik kitabların müəllifidir. Heyl Meri layihəsi kitabında isə Yer kürəsini xilas etməyə çalışan kosmonavtdan bəhs edilir.

DİGƏR XƏBƏRLƏR

Top