Ermənistan Türkiyə ilə münasibətləri düzəltmək üçün Rusiyadan kömək istəyib


İrəvan Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında vasitəçilik etməsi üçün Rusiyaya müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan erməni mətbuatına verdiyi açıqlamada danışıb:
“Bir sıra beynəlxalq tərəfdaşlar, o cümlədən Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə kömək etməyə hazır olduqlarını bəyan ediblər. Və biz Rusiyaya bildirdik ki, ilkin şərt olmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə başlamağa hazırıq. Nə vaxt belə bir proses başlayarsa, təbii ki, biz bu barədə məlumat verəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top