“Azərişıq”dan minaya düşən əməkdaşı barədə AÇIQLAMA


“Azərişıq” ASC-nin noyabrın 21-də Laçın rayonunun Güləbird kəndi ərazisində minaya düşərək xəsarət alan əməkdaşı Əbilov Mahir Ramiz oğlunun vəziyyəti hazırda stabildir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, hadisədən dərhal sonra Mahir Əbilov “Azərişıq” ASC rəhbərliyinin qərarı ilə təcili olaraq Bakı şəhərindəki özəl klinikalardan birinə gətirilib və əməliyyat olunub: “Təəssüf ki, yaralının bir ayağı topuqdan amputasiya edilib”.
Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb. O, Laçın istiqamətində yüksək gərginlikli xəttin çəkilişi üçün buraya Biləsuvar Elektrik Şəbəkəsindən elektrik kimi ezam olunub.
“Erməni terroru dinc insanlara qarşı öz çirkin üzünü hər zaman göstərməkdədir. Bununla belə, cəsur “Azərişıq” əməkdaşları müharibənin ilk günündən etibarən heç nədən qorxmayaraq hərbiçilərimizlə çiyin-çiyinə hər zaman öndə olub. Müharibədən sonra da quruculuq işlərində yenə də böyük şərəf hissi ilə öz fəaliyyətini davam etdirir”, - deyə ASC-dən bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top