“Paşinyan-Əliyev görüşündə Azərbaycanla delimitasiya və demarkasiyaya dair sənəd imzalanmayacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu “Hraparak” qəzetinə müsahibəsində Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.
O bildirib ki, hazırda Azərbaycanla sazişin imzalanması ilə bağlı heç bir razılaşma yoxdur, həmçinin qarşıdan gələn Brüssel görüşünün gündəliyi barədə məlumatı yoxdur:
“Sərhədin delimitasiyası və demarkasiyası prosesi görüşlərdən, səfərlərdən asılı deyil, tamam başqa məntiqlə həyata keçirilir”.
O, Azərbaycanın Ermənistana Sünik bölgəsindən dəhlizin keçməsi üçün təzyiq göstərdiyini də təkzib edib.
Xatırladaq ki, bu ilin 15 dekabr tarixində Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində iki ölkə liderinin görüşü gözlənilir.