Öz yurdlarından zorla çıxarılan azərbaycanlılarla bağlı Ermənistan XİN-dən AÇIQLAMA


“1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Ermənistandan deportasiya edilənlərin geri qaytarılması məsələsi müzakirə olunmayıb”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyi “Hetq” nəşrinin sorğusuna cavab olaraq bildirib.
Qeyd olunub ki, erməni tərəfinin fikrincə, belə müzakirə yalnız "Dağlıq Qarabağ münaqişəsi"nin hərtərəfli, yekun həlli kontekstində mümkündür.
Xatırladaq ki, təkcə 1989-cu ildə 84,860 nəfər Azərbaycanlı Ermənistandan deportasiya edilib.

DİGƏR XƏBƏRLƏR

Top