XİN-dən Bolqarıstandakı faciəvi qəza ilə bağlı paylaşım


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şimali Makedoniyaya başsağlığı verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirliyin tvitter hesabında edilən paylaşımda deyilir:
“Bolqarıstanın qərbində magistral yolda avtobusun qəzaya uğraması nəticəsində əksəriyyəti Şimali Makedoniyadan olan turistlər olmaqla onlarla insanın həlak olması xəbəri bizi dərindən kədərləndirdi. Faciəli qəzada həlak olanların ailələrinə, Şimali Makedoniya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk”.
Qeyd edək ki, Bolqarıstanda avtobusun yanması ilə nəticələnən yol qəzasında 12-si uşaq olmaqla azı 46 nəfər Şimali Makedoniya vətəndaşı həlak olub. 7 nəfər isə Sofiyada xəstəxanaya yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top