Cüdo Federasiyasına yeni baş katib təyin olunub


Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsi tərəfindən Rəşad Rəsullu qurumun baş katibi təyin edilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, yeni baş katib Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
Əmək fəaliyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankında başlayan Rəşad Rəsullu karyerası dövründə ölkə daxilində və xaricində aparıcı qurumlarda aparıcı və rəhbər vəzifələrdə çalışıb, idarəetmə sahəsində böyük təcrübəyə malikdir.
Qeyd edək ki, daha öncə Elmar Babanlı bu vəzifədə çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top