“Qazprom” Moldovaya 48 saat vaxt verdi


“Qazprom” Moldovaya cari müqavilə üzrə ödənişin olmaması səbəbindən 48 saat ərzində qaz təchizatının mümkün dayandırılması barədə xəbərdar edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin rəsmi nümayəndəsi Sergey Kupriyanov “NTV” kanalının efirində bildirib:
“Biz Moldovanın çətin iqtisadi vəziyyətdə olduğunu nəzərə alaraq, onun istəklərinə uyğun müqavilə imzaladıq. Lakin bir şərtlə: Moldova qaza görə cari ödənişlərin yüz faizini vaxtında həyata keçirməlidir. Cari ödənişlər üçün növbəti son tarix noyabrın 22-si idi. Bununla əlaqədar, “Qazprom” müqaviləyə uyğun olaraq Moldova tərəfinə 48 saatdan sonra qazın nəqlinin dayandırılacağı barədə məlumat verib”.
“Moldovaqaz” “Qazprom”dan qaz təchizatının mümkün dayandırılması ilə bağlı bildiriş aldığını açıqlayıb. Şirkət borcu ödəməyə çalışdığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top