Bu həftə Qara cümə var


Bu həftənin cümə günü, yəni noyabrın 26-sı dünyanın bir çox yerində “Black Friday” (Qara cümə) endirimləri başlayacaq. Bəs bu günün mahiyyəti nədir? Niyə məhz Qara cümə?
ABŞ-da Noyabr ayının dördüncü Cümə axşamı günü qeyd olunan Şükran günündən sonrakı Cüməyə verilən qeyri-rəsmi bir addır. 1952-ci ildən bəri Şükranlıqdan sonrakı gün Amerikanın Milad alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib. Qara Cümə günü bir çox mağazada yüksək səviyyədə təşkil olunan endirimlər təqdim edilir, və mağazaların açılışı çox erkən saatlara, bəzən də gecə yarısına təsadüf edir. Həmin gün məşhur şirkətlər öz məhsullarını 80%- qədər endirimlə satırlar. 
Bu ad isə ilk dəfə 1961-ci ildə həmin gün insan sıxlığının yaratdığı çətinliklərə görə Filadelfiya qəzetlərində Qara Cümə olaraq adlandırılıb.  
Bir neçə ildir ki, Qara cümə endirimləri Azərbaycanda da insanlar tərəfindən müsbət qarşılanır və mağazalar tərəfindən tətbiq olunur.

DİGƏR XƏBƏRLƏR

Top