Ana övladını küçədə yatmağa məcbur edir? - AÇIQLAMA


Polis Tovuz rayonunda ananın gecələr azyaşlı övladını evdən çıxararaq küçədə yatmağa məcbur etməsi ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin Gəncə şəhər regional qrupdan məlumat verilib.
Bildirilib ki, məsələ polis nəzarətinə götürülüb və aparılan araşdırmalar nəticəsində hüquqi qiymət veriləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə Tovuz rayonunda ananın gecələr azyaşlı övladını evdən çıxararaq küçədə yatmağa məcbur etməsi ilə bağlı foto paylaşılıb.
Məlumata görə, foto rayonun Yusif Sadıqov küçəsi ilə Əhməd Cavad küçəsinin kəsişməsində çəkilib.

DİGƏR XƏBƏRLƏR

Top