“07” ilə “avtoş”luq edib paylaşdı, həbs edildi - VİDEO


Salyanda avtoxuliqanlıq edən sürücü həbs edilib
DİN Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, müvəqqəti olaraq Salyan rayonunda yaşayan Bərdə rayon sakini Asim Qafarov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə rayon ərazisində  avtoxuliqanlıq hərəkətləri edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və daha sonra həmin avtoxuliqanlıq hərəkətlərinin görüntülərini sosial şəbəkələrdə paylaşıb.
Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə A.Qafarov 1 il sürücülük hüququndan məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top