Eldar Əzizovun qardaşı Nazirlikdəki vəzifəsindən çıxarılıb? - FOTO + AÇIQLAMA


Bakı şəhərində yeni yaradılan 1 nömrəli tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal və Nəsimi rayonları üzrə baş müdirinin vəzifəsindən azad olunması ilə bağlı məlumat yayılıb. Bildirilir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müvafiq əmr imzalayıb və həkim LOR Aydın Əzizov vəzifəsindən azad olunub. 
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, nazirlikdən A.Əzizovun 2 il öncə vəzifəsindən azad edilərək başqa vəzifəyə təyin edildiyi bildirilib:
“Yayılan məlumat səhvdir. A.Əzizov 2 il öncə Nazirliyin tabeliyindəki Protez-Ortopedik Bərpa Mərkəzinin “Mürəkkəb protezləşmə stasionarının onurğa beyni zədələnmiş əlillərin və xəstələrin korreksiyası və protezləşməsi” şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Hazırda Aydın Əzizov Nazirliyin Bakı Reabilitasiya Mərkəzinin “Sosial psixoloji reabilitasiya və abilitasiya” şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirir”.
Qeyd edək ki, A.Əzizov Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşıdır.

DİGƏR XƏBƏRLƏR

Top