ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin bərpasına dəstək vermək istəyir


“ABŞ-ın yeni Bayden administrasiyası Cənubi Qafqazla, Azərbaycanla yaxından maraqlanır”.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer deyib.
“Siz ABŞ rəsmilərinin Azərbaycan hökuməti ilə təmaslarını görə bilərsiniz, Blinken Azərbaycan rəsmiləri ilə telefon əlaqəsi saxlayır, bu yaxınlarda Dövlət Departamentindən də səfər oldu”. - səfir vurğulayıb.
Li Litzenberqer Azərbaycan və Ermənistan arasında münasibətlərə də toxunub: “Əlaqələrin normallaşması, iki ölkə arasında münasibətlərin bərpası üçün regionda yeni imkanlar var. Biz ABŞ olaraq bu prosesə dəstək vermək istəyirik”.

DİGƏR XƏBƏRLƏR

Top