Qarabağda işləmək istəyənlər üçün iş yerləri - SİYAHI


Qarabağ üzrə Dövlət Məşğulluq Mərkəzlərində işsiz və iş axtaranlara təklif olunan müxtəlif məvacibli işlərin siyahısı vətəndaşlarda böyük maraq doğurur.
Yeniavaz.com baku.ws-ə istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən verilən məlumata əsasən hazırda vətəndaşlara müxtəlif məvacibli işlər təklif edilir.
İş axtaran hər kəs e-sosial.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olaraq işsiz və iş axtaran kimi öz qeydiyyatını apara bilərlər.
Hazırda Məşğulluq Alt Sistemindəki vakansiya bankında işğaldan azad olunan ərazilər üzrə aktiv vakansiya və iş imkanı mövcuddur. Vakansiyalar üzrə əməkhaqqı işə götürən tərəfindən müəyyən edilir. Vakansiyalar üzrə minimum məvacib ölkə üzrə təyin olunan minimum əməkhaqqı məbləğindən - 250 manatdan 800 manatadək dəyişir.
Qeyd edək ki, işləmək istəyən vətəndaşlar Məşğulluq Alt Sisteminə daxil olaraq vakansiyalarla tanış ola bilərlər.
İnternetə çıxışı olmayan və elektron platformadan istifadə etməyi bacarmayan vətəndaşlar isə qeydiyyatda olduqları əraziləri üzrə məşğulluq filiallarına yaxınlaşaraq vakansiyalar barədə məlumat alsınlar.






DİGƏR XƏBƏRLƏR

Top