6 uşaqlı ailənin köməyə ehtiyacı var - VİDEO


Mingəçevirdə yaşayan 6 uşaqlı ailə imkansızlıqdan əziyyət çəkir.
Yeniavaz.com
xəbər verir ki, Osmanova Gözəl Osman qızı vəziyyətləri ilə bağlı redaksiyamıza müraciət edərək imkanlı şəxslərdən kömək istəyib. Onun sözlərinə görə, evlərində qaz xətti olsa da qaz pulunu ödəyə bilmədiklərindən odun sobası ilə həm qızınırlar, həm də yeməklərini hazırlayırlar:
“Uşaqlar məktəbdən evə gəlir, lakin evdə oxumaq üçün nə bir şərait var, nə yuyunmaq üçün hamam, nə də yemək üçün mətbəx. Məktəbdən tez kim gəlirsə, digəri onun paltarını geyinib məktəbə gedir. Pandemiya dövründə isə daha çox əziyyət çəkdik. Hər kəs dərslərə “wifi” ilə qoşuldu. Lakin bizim dərslərə qoşulmaq üçün ya telefonumuz ya da “wifi”mız olmadı. Uşaqlar dərsdən geri qalmasın deyə məktəblə əlaqə qura bilmirdik. İndi də müəllimələri koronavirusa yoluxub deyə 10 gündür uşaqlar evdədir və dərslərə qoşula bilmirlər. Nə olar ki kasıb olanda? Mən də istəyirəm uşağım təhsil alsın, alitəhsilli olsun”.
Osmanova Gözəl həmçinin bildirib ki, evin ən qiymətli əşyası nisyə dəftəridir. Onu evin girişindən asırlar.
Qeyd edək ki, ailənin başçısı Osmanov Akif vərəm xəstəliyindən əziyyət çəkir. O, ikinci qrup əlildir. 
Kömək etmək istəyənlər üçün əlaqə nömrəsi: 050-738-63-79


Esmira Hidayətova, Mingəçevir 

DİGƏR XƏBƏRLƏR

Top