Məşhur reperin anasının üzərinə ağac aşdı, ayağı amputasiya edildi - VİDEO


Reper Pərviz İsaqov (ProMete) bir neçə gün əvvəl Bakıda güclü külək əsməsi ilə əlaqədar yaşadığı bədbəxt hadisə ilə bağlı “Facebook” hesabında video paylaşıb.
Yeniavaz.com
xəbər verir ki, musiqiçi küləyin təsirindən aşan ağacın onun anasının üzərinə düşdüyünü bildirir.
Hadisə nəticəsində ProMetenin anasının ayağı amputasiya olunub.
ProMete bildirir ki, hadisə yaşanandan dərhal sonra hansısa qurumun nümayəndələri ağacı kökündən kəsib aparıblar. O qeyd edir ki, dəfələrlə ağacın yarada biləcəyi təhlükə barədə aidiyyəti orqanlara məlumat verilib. Lakin bununla bağlı heç bir tədbir görülməyib:
“Həmin gün anamla o ərazidə biri azyaşlı olmaqla daha üç nəfər olub. Xoşbəxtlikdən digər şəxslərə heç nə olmayıb, amma hazırda anamın ayağı topuqdan aşağı yoxdur, kəsilib. Hansısa qurum hadisə baş verəndən sonra gəlib ağacı kəsib aparıb. Anamın üstünə aşandan sonramı lazım idi bu ağacı kəsmək?!”.
ProMete hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğuna və Baş Prokurorluğa şikayət elədiyini deyir.

DİGƏR XƏBƏRLƏR

Top