“İran və Azərbaycan prezidentləri görüşə bilər” – İran XİN


İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə İran və Azərbaycan arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirib.
Yeniavaz.com
“İRNA”ya istinadən xəbər verir ki, o, Azərbaycan baş nazirinin müavininin Tehrana səfərini belə şərh edib.
Xətibzadənin sözlərinə görə, İran və Azərbaycan arasında müəyyən ictimai gərginlik dövründən sonra tərəflər münasibətlərin yeni mərhələsinə qədəm qoyur.
Xarici İşlər Nazirliyinin nümayəndəsi noyabrın 28-də Aşqabadda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində İran və Azərbaycan prezidentlərinin görüşünün mümkünlüyündən də danışıb.
Qeyd edək ki, baş nazirin müavini Şahin Mustafayev noyabrın 21-də İranda səfərdə olub, bu ölkənin xarici işlər naziri Hüseyn Əmir Abullahianla görüşüb.

DİGƏR XƏBƏRLƏR

Top