"Heç kimə kölə olmayacağıq..." - Atatürkün yayımlanmamış müsahibəsi - FOTOLAR


Türkiyənin tarixçi Millət vəkili Halil Özşavlı ingilis arxivində Mustafa Kamal Atatürkün 98 il əvvəl “Le Temps” qəzetindən jurnalist Paul Gentizona verdiyi, indiyədək yayımlanmayan müsahibəsini ortalığa çıxarıb.
Yeniavaz.com
xəbər verir ki, Özşavlı 12 fevral 1923-cü ildə götürülən müsahibəni İngiltərə Milli Arxivində araşdırma apararkən təsadüfən tapdığını deyir.

Bildirilir ki, Atatürk 98 il əvvəl müstəqillik mesajı verib:
 “Yeni Türkiyə digər millətlər kimi yaşamaq istəyir. Biz heç kimə kölə olmayacağıq. Fəaliyyətlərimizi şərtləndirən əsas amil tam müstəqillik tələbimizdir. Müstəqilliyimiz üçün mübarizə apardığımız 4 il ərzində heç bir şəraitdə kapitulyasiyaları qəbul etməyəcəyik. Biz yeni Türkiyənin ikinci Çin və ya müstəmləkə sayılmasına qarşıyıq”.

Musatafa Kamal Atatürk müsahibəsində Fransa ilə ortaq maraqlardan da bəhs edib:
“Fransızların bu mövzuda hamıdan daha uzlaşmaz olması məni təəccübləndirdi. Mənim və ölkəmin Fransaya münasibəti dostyanadır. Əgər Fransa hökuməti müstəqilliyimizi təhlükəyə atacaq şərtləri qəbul etməyimizdə israr edərsə, bunu qəbul edə bilmərik. Fransa ilə yaxşı əlaqələr qurmaq istəyirik, çünki iki ölkənin çoxlu ortaq maraqları var. Bunlar qarşılıqlı əlaqələrə çevrilsə, bu, çox faydalı olacaq. Əks halda, sonsuz çətinliklər olacaq”.

Qeyd edək ki, H.Özvaşlı Atatürkün 1,5 səhifəlik müsahibədə üç dəfə “yeni Türkiyə” ifadəsini işlətdiyini bildirir.

DİGƏR XƏBƏRLƏR

Top