Paşinyan canlı yayımda sualları cavablandıracaq


Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da media və ictimai təşkilatların nümayəndələrinin suallarını cavablandıracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin rəhbəri öz “Facebook” səhifəsində məlumat verib:
“Hörmətli həmvətənlər, media və ictimai təşkilatların nümayəndələri, 23 noyabr saat 20:00-da “Facebook” səhifəmin canlı efirində KİV və ictimai qurumların suallarını cavablandıracağam”.
Paşinyan onu da qeyd edib ki, canlı ünsiyyət təxminən bir saat yarım-iki saat davam edəcək.
Qeyd edək ki, sonuncu dəfə Ermənistan hökumətinin başçısı təxminən il yarım əvvəl vətəndaşlarla canlı efirdə ünsiyyətdə olub.

DİGƏR XƏBƏRLƏR

Top