Nazir müavini: “Fəxri adların verilməsi ilə bağlı meyarlar təkmilləşdirilir”


"Fəxri adların verilməsi ilə bağlı meyarlar hazırlanması davam edir. Bununla bağlı çox tərəflər var".

Yeniavaz.com "APA"ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müavini Elnur Əliyev deyib.
O bildirib ki, məsləhətləşmələr aparılır: "Təxminən prosesin ortasındayıq. Meyarlar daha da təkmilləşdirilir. Müxtəlif ölkələrin təcrübəsinə baxırıq. Məqsədimiz mədəniyyət xadimlərinin işlədiyi sahədə məvacibinin artırılması, onların əmək fəaliyyətinə uyğun olaraq haqlarının təmin edilməsidir. Bu ümumi prosesin bir hissəsidir. Fəxri adlar da həmçinin".

DİGƏR XƏBƏRLƏR

Top