Polisin bir nəfərin ölümünə səbəb olduğu qəza ilə bağlı AÇIQLAMA


Daxili İşlər Nazirliyi (DİN) Göyçayda polis əməkdaşının törətdiyi ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, noyabrın 20-də saat 22 radələrində Göyçay şəhəri ərazisində Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı H.Məmmədov xidmət vaxtı idarə etdiyi xidməti “Ford” markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini Fərid Qurbanovu vurub. Nəticədə F.Qurbanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Göyçay RPŞ tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top