Albert Eynşteynin nadir əlyazması satışa çıxarılacaq


Məşhur nəzəriyyəçi fizik Albert Eynşteynin nadir əlyazması çərşənbə axşamı Parisdə hərraca çıxarılacaq.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Eynşteynin nisbilik nəzəriyyəsinin əsas hissələrini əks etdirən əlyazma iki ilə üç milyon avro arasında qiymətləndiriləcək. Verilən məlumata görə, 54 səhifəlik sənəd 1913 və 1914-cü illərdə İsveçrənin Sürix şəhərində Eynşteyn və onun həmkarı, isveçrəli mühəndis Mişel Besso tərəfindən əl ilə yazılmışdır.
 

DİGƏR XƏBƏRLƏR

Top