Bakı metrosundakı cibgir tutuldu - FOTO

Bakı metrosunda qadının telefonunu oğurlayan şəxs məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, metroda qadın sərnişin E.N-nın mobil telefonunu cibgirlik yolu ilə oğurlayan şəxs, 1975-ci il təvəllüdlü Sahil Həbibov müəyyən olunaraq tutulub.

Bildirilib ki, metro polisinin cinayət axtarış qrupu tərəfindən oğurlanan telefon maddi sübut kimi götürülüb, sahibinə qaytarılması təmin olunacaq.

Faktla bağlı araşdırma aparılır.

 

DİGƏR XƏBƏRLƏR

Top