Azərbaycanda buster doza ilə vaksin olunanların sayı 717 minə çatıb


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 256 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 509, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 325, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 16 422 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 292 434, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 050 602, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 524 841, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 716 991 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top