Rusiyada erməni iş adamı öldürüldü, meyiti qəza nəticəsində ortaya çıxdı


Rusiyada erməni biznesmen öldürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb. Bildirilib ki, qətl hadisəsi noyabrın 20-də Leninqrad vilayətində A-121 (Sortavala) magistralında maneəyə çırpılan “Mitsubishi Galant” minik avtomobilinin yük yerindən üzərində zorakılıq əlamətləri olan kişi meyitinin düşməsi nəticəsində aşkarlanıb.
Avtomobilin sürücüsü və iki sərnişin qəza yerindən qaçmaq istəsə də, polis onları saxlayıb. Avtomobilin yük yerindən düşən meyitin şəxsiyyəti müəyyənləşib və onun 50 yaşlı İrəvan sakini, biznesmen Arkadi Kazinyan olduğu müəyyənləşib.
Biznesmenin Peterburqun Kalinin rayonunda “Laquna” kooperativinin qarajında öldürüldüyü, meyitin isə basdırılmaq üçün meşəyə aparıldığı üzə çıxıb.
Qətlin səbəbi hələlik məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top