ABŞ səfirliyi vətəndaşlarını Zəngəzurda bu ərazilərə getməməyə çağırdı


ABŞ səfirliyi ölkəsinin vətəndaşlarını Ermənistanın Azərbaycanın Laçın və Kəlbəcər rayonları ilə sərhədinə (Qərbi Zəngəzur) səfər etməməyə çağırıb.
Yeniavaz.com
"sputnik armenia"ya istinadla xəbər verir ki, ABŞ-ın Ermənistandakı səfirliyi Karaunc-David-Bek və Qafan-Çakaten sahələrində Azərbaycan sərhəd-keçid məntəqələrində nəzarətin güclənməsi ilə əlaqədar ABŞ vətəndaşlarını bu ərazilərə səfər etməməyə çağırıb.
Qeyd edilib ki, M2 və M17 avtomagistrallarında Azərbaycan gömrük postlarında nəzarətin gücləndirilməsi barədə məlumatlar daxil olur: “Səfirlik əməkdaşları və ailə üzvlərinə çox ciddi ehtiyac olmadan bu magistrallarda hərəkət etmək qadağandır”.
Səfirlik ABŞ vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədində yerləşən ərazilərdən də uzaq olmağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top